Baltimor şəhərinin beynəlxalq aeroportunun əməkdaşları "Delta” kompaniyasının sərnişin avialaynerinin uçuşuna təyyarənin yük yerində quşyeyən zəhərli hörümçəyin olması səbəbindən icazə verməyib. Baki-xeber.com bu barədə gazeta.ru-ya istinadən xəbər verir. Hörümçəyi çemodanları yük yerinə yığan işçilər görüb və tez bir zamanda tutublar. Lakin həşəratın tək olduğuna əmin olmaq üçün təyyarədə saatlarla axtarış aparıblar. Nəticədə sərnişinləri həmin reys üzrə başqa təyyarə aparmalı olub, özü də 3 saatlıq gecikmə ilə.
.