İraq ümid edir ki, ABŞ-ın başçılığı altında koalisiya İŞİD mövqelərinə endirdiyi aviazərbələrin sayını artıracaq. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, bu sözləri İraq XİN rəhbəri İbrahim əl-Cəfəri Nyu Yorkda BMT Baş Assambleyasının beynəlxalq münasibətlər şurasında səsləndirib. "Hərbi-hava əməliyyatlarında tezlik dəyişir və mən ümid edirəm ki, gələcəkdə onların sayı artacaq”- deyə o bildirib. Əl-Cəfəri onu da bildirib ki, onda Rusiyanın İraq silahlı qüvvələrilə birgə hərəkət etməsi barədə məlumat yoxdur:”Məndə Rusiya hərbi ekspertləri ilə İraq silahlı qüvvələri arasında hər hansı əlaqə barədə məlumat yoxdur”- deyən Əl-Cəfəri onu da əlavə edib ki, "Suriya böhranına son qoyacaq istənilən təşəbbüsü dəstəkləyir”.