Biləsuvar şəhərində intihar hadisəsi baş verib. Baki-xeber.com "Report"a istinadən xəbər verir ki, Biləsuvar Telekommunikasiya Qovşağının rəisi, 1980-ci il təvəllüdlü İlkin Mirilham oğlu Ağayev işlədiyi idarənin binasında özünü asaraq intihar edib. Hadisə bu gün axşam saat 20:30 radələrində qeydə alınıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.