Çeçenistan prezidenti Ramzan Kadırov Moskvada yeni açılan məscidə Məhəmməd peyğəmbərin baş tükünü hədiyyə edəcək. Bu barədə "İnterfaks” Rusiya müsəlmanları ruhani idarəsinin mətbuat xidmətinə əsasən bildirir. ”Xüsusi kapsula yerləşdirilmiş, zirehli şüşə ilə qorunan müqəddəs əşya təntənəli günlərdə məscidə gələnlərin görməsi üçün əlçatan olacaq”- deyə sözügedən idarədən bildiriblər. Müqəddəs əşyanın təntənəli açılışında iştirak edən Kadırovun özü tərəfindən məscidə gətiriləcəyi bildirilir.
Qeyd edək ki, sözügedən məsciddə rekonstruksiya işləri 10 il idi davam edirdi və bu işlər xeyriyyəçilərin maliyyəsi hesabına yekunlaşdı. 6 mərtəbədən ibarət məscidin eyni zamanda 10 min inanclı insanı qəbul etmək imkanında olduğu bildirilir.
Baki-xeber.com