Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Bəşər Əsədin Suriyadakı vəziyyətlə bağlı danışıqlara qatılmasına qarşı olmadığına işarə vurub. Bu barədə baki-xeber.com korrespondent.ru saytına istinadən bildirir. "Bu gün Suriya danışıqları Bəşər Əsəd olmadan aparılır. Mümkündür ki, onun iştirakı ilə d danışıqlar getsin”- deyən Ərdoğan əlavə edib ki, "lakin istənilən halda heç kəs Suriyanın gələcəyini Bəşər Əsədlə görmür”. Bundan öncə isə Almaniya kansleri Angela Merkel Avropa İttifaqının miqrantlarla bağlı növbədənkənar sammitinin ardından Bəşər Əsədin Suriya problemi ilə bağlı danışıqlarda iştirak etməli olduğunu demişdi.
Xatırladaq ki, Dohada danışıqların gedişində Rusiya XİN başçısı Sergey Lavrov iştirakçılara Moskvanın daha öncə Putin tərəfindən səsləndirilən yeni təklifini təqdim etmişdi. Bu, bölgədə İŞİD-ə qarşı yeni genişmiqyaslı beynəlxalq koalisiyasının yaradılması idi. Lavrovun sözlərinə görə, İŞİD-ə qarşı Putin planı Rusiyanın patnyorlarının marağına səbəb olub, lakin nə Səudiyyə Ərəbistanı, nə də ABŞ ona dəstək göstərib.