Türkiyənin Şıtnak əyalətində PKK terrorçularının təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 2 hərbçi həlak olub, 8-i isə yaralanıb. Buna cavab olaraq keçirilən hava əməliyyatı nəticəsində 34 terrorist məhv edilib. Bu barədə Anadolu agentliyinə Baş Qərargahdakı mənbə bildirib.
"PUA-ların, təyyarə və helikopterlərin dəstəyi və təhlükəsizlik qüvvələrinin koordinasiyalı hərəkətilə keçirilən əməliyyat nəticəsində 34 terrorist əhv edilib. Terror örgütü üzvlərinin neytrallaşdırılması üzrə əməliyyat davam edir. Həlak olanların doğmalarına və yaxınlarına, eyni zamanda Türkiyə Silahl qüvvələrinə, bütövlükdə böyük Türk xalqına başsağlığı diləklərimizi çatdırır, yaralılara şəfa diləyirik”- deyə məlumatda bildirilir.
Baki-xeber.com