Səudiyyə Ərəbistaninda Məkkə şəhərinin 5 kilometrliyində yerləşən Mina vadisində basırıq izdiham üzündən həyatını itirənlər arasında 4 nəfər Türkiyə vətəndaşı da var. Məkkənin zəvvarlıq idarəsindən verilən xəbərə görə, 5 nəfər Türkiyə vətəndaşı isə itkin düşmüş sayılır. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.