Kuba rəhbəri Raul Kastro ilk dəfə BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka gedib. "Azadlır adası”ndan Amerikaya bundan əvvəlki rəsmi səfər 2000-ci ildə baş tutub, lakin o zaman Baş Assambleyaya onun qardaşı Fidel kastro gedib. İki ölkə münasibətlərinin gərgin keçdiyi dövrdə Kubanı assambleyada bu ölkənin XİN rəhbəri təmsil edib. Paulun özünün isə bu, Amerikaya ikinci səfəridir. Belə ki, ilk dəfə 1959-cu ildə o, qardaşı ilə Texasda olub.
Daha öncə Roma Papası Kuba üzərindən ticarət embarqosunun götürülməsi yönündə ABŞ hökumətinə çağırış edib.
Baki-xeber.com