Amerika prezidenti barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ben Rods bəyan edib ki, Birləşmiş Ştatlar Suriya və Ukrayna problemlərinin həllində Rusiya ilə birgə hərəkət edməyə hazırdır. Bu barədə TASS agentliyi xəbər yayıb. O əlavə edib ki, bir çox məsələlərdə iki ölkə arasında fikir ayrılığının olmasına baxmayaraq, maraqların üst-üstə düşdüyü məsələlərdə əməkdaşlığı mümkün sayırlar. Jurnalistlərin "Suriya konfliktinin çözümündə Rusiyaya bel bağlamaq oarmı” sualına isə Rods belə cavab verib:”Biz sözə deyil, əmələ baxıb qərar veririk”. Ağ Ev sözçüsü onu da əlavə edib ki, Suriya probleminin siyasi perspetivi hərbi perspektivlə paralel müzakirə ediləcək.
Amerika və Rusiya prezidentlərinin Nyu York görüşünün 28 sentyabrda baş tutacağı gözlənir. Vaşinqtonda bildiriblər ki, BMT Baş Assambleyasında Obama Putinlə Rusiyanın Suriyada güddüyü məqsədi aydınlaşdırmağı düşünür.