Bağdadda Rusiya, Suriya və İranın birgə hərbi koordinasiya komitəsi yaradılıb. Bu barədə Fox News telekanalı xəbər yayıb. Mətbuatın xəbərinə görə, komitə İranın dəstək verdiyi şıə qruplaşmalarının "İslam dövləti” terrorçu təşkilatı ilə apardığı mübarizədə fəaliyyətini koordinasiya edəcək. Amerika kəşfiyyatındakı mənbələr bildirib ki, komitənin işində ən yüksək səviyyəli rusiyalı məmurlar iştirak edir. İraq hökümətinin buradakı rolu isə hələlik bəlli deyil. Rusiya hərbiyyəsinin Bağdadda ortaya çıxmasına münasibət bildirən yüksək çinli Amerika rəsmisi "Onlar hər yandan peyda ola bilir”-deyib.