Roma papası Frensisk Məkkədə baş verən faciə ilə bağlı dünya müsəlmanlarına başsağlığı verib. Pontifi başsağlığı diləklərini Nyu Yorkda Müqəddəs Patrik kilsəsində axşam ibadəti zamanı dilə gətirib:”İbadət vaxtı mən sizlərlə birləşərək allaha üz tuturam”- deyə Katolik kilsəsinin başçısı bildirib.
Xatırladaq ki, uilki Həcc ziyarəti dünya müsəlmanları üçün böyük faciə ilə yadda qalıb. Belə ki, şeytanın daşlanması zamanı yaşanan sıxliq nəticəsində 719 zəvvar həyatını itirib, 863 nəfər isə yaralanıb. Səudiyyə Kralı Həcc ziyarətinin keçirilməsi məsələsinə yenidən baxacağını bəyan edib.
Baki-xeber.com