Dünən Daşkəsən şəhərində cinayət hadisəsi baş verib. Baki-xeber.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, şəhər sakini Rəfayel Əsgərov münaqişə zəminində ciddi xəsarət alıb və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni onun həmyerliləri, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov və Elmir Məmmədovun törətdiyi bəlli olub. Hər iki şəxs dərhal göz altına alınıb. Qətlin motivi barədə xəbər verilmir.
Araşdırmalar davam edir.