Dünən Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb. Bu barədə baki-xeber.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədildiyi müəyyən edilib və o həbs olunub. Qətlin səbəbi bəlli deyil.
Araşdırmalar davam edir.