BMT yanında müşahidəçi dövlət statusu almış Fələstinin bayrağının təşkilatın mənzil-qərargahında qaldırılması mərasmı 30 sentyabr tarixində keçiriləcək. Baki-xeber.com-un Anadolu Agentliyinə iastinadən xəbərinə görə, mərasimdə Fələstin prezidenti mahmud Abbas və Türkiyə baş naziri Əhməd Davudoğlu iştirak edəcək.
Xatırladaq ki, cari ilin 10 sentyabr tarixində BMT Baş Assambleyası beynəlxalq təşkilatda müşahidəçi statusu almış ölkələrin bayraqlarının təşkilatın mənzil-qərargahında qaldırılmasına iazə verən rezolyusiya qəbul edib. Hazırda bu statusu Fələstin və vatikan qazanıb. Bu, Fələstinin BMT-nin həqiqi üzvü olması yolunda önəmli addım sayılır.
Vatikanın bayrağı BMT-nin mənzil qərargahında 25 sentyabrda – Roma papasının BMT Baş Assambleyasında çıxışı zamanı qaldırılacaq. 30 sentyabrda isə Fələstin prezidenti Mahmud abbasın BMT tribunasından çıxışı ölkəsinin bayrağının BMT mənzil-qərargahında qaldırılması ilə müşayiət olunacaq. Qanun layihəsini 119 ölkə imzaladığından, mərasimdə bir çox ölkədən nümayəndələrin iştirakı gözlənir.