Yəmənin Hadramevt limanından Sokotra adasına kurs götürən "Əl-Muhra” gəmisindən hələ də xəbər yoxdur. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, göyərtəsində 50 sərnişinin olduğu gəmi artıq 5 gündür radarlardan itib. Adının çəkilməsini istəməyən şəxsin Agentliyə verdiyi xəbərə görə, sərnişinlər ada sakinləri olub və onların 28 nəfəri qadın, 8-i isə uşaqdır.
Qeyd edək ki, Sokotra adası Yəməndən 300 kilometr aralıda yerləşir və ötən il ölkənin əyləti elan olunub.