Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada həmkarı Putinlə görüşəcək. Bundan başqa, iki ölkə prezidenti Moskvada Türkiyə və Rusiya mütaxəssislrinin birgə inşa etdiyi Məscidin açılışında iştirak edəcək.
Səfər ərəfəsində Kanal7 və "Ölkə”TV-yə açıqlamasında Ərdoğan Rusiya səfəri ilə bağlı sualın cavabında görüşün əsas mövzusunun Suriya olacağını deyib:”Bu barədə biz onunla Bakı görüşümüzdə müzakirə aparmışdıq. Bu mövzuda onlar bir sıra bəyanatlarla çıxış edirlər. Biz də onların bəyanatlarına bəyanatlarla cavab veririk. Bəlkə bu vəziyyət hər iki tərəfi məyus edir. Lakin son hadisələr nəzərə alınarsa, bizim məyusluğumuzun daha yüksək həddə olduğunu deyə bilərəm”.