Dünən gecə Sabirabadda yanğın hadisəsi baş verib. Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Qəzli kəndində vətəndaşa məxsus, ümumi sahəsi 95 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub və onun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Daha bir yanğın hadisəsi isə bu gün səhər saatlarında Biləsuvar rayonu ərazisində baş verib. Belə ki, 30 hektarlıq sahədə biçilmiş taxıl sahəsi yanıb. Zamanında yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın lokallaşdırılaraq yaxınlıqdakı ərazilər mühafizə olunub.