Türkiyə HHQ-nin hücumu nəticəsində İraqın şimalında terrorçuların logistik bazaları və silah anbarları məhv edilib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən bildirir. Təhlükəsizlik mənbələrinin xəbərinə görə, PUA-ların kəşfiyyat xəbərləri terrorçuların Sina-Haftanin rayonunda yeraltı sığınacağının və silah anbarının dağıdıldığını təsdiqləyib. Zərbələr eyni anda 4 nöqtəyə endirilib. Aviazərbələrin ardından silah anbarında 55 dəqiqə partlayış və yanğın davam edib. Bundan başqa, terrorçuların logistik bazaları da aviazərbələrə məruz qalıb.