Ağ Ev "İslam dövləti” terrorçu təşkilatına qarşı əməliyyatlarda iştirakla bağlı Moskvadan göndərilən "siqnallarda” maraqlıdır. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir.
"Rusiyanın Suriyada məqsədi aydın deyil, bununla belə, biz bu ölkənin İŞİD-in zəif salınması, sonucda tamamilə məhv edilməsi istiqamətində aparılan əməliyyatlarda bizimlə əməkdaşlığında maraqlıyıq. Onlar bizimlə eyni hədəfi güddüklərini bildirirlər və biz də bu pitorikanı alqışlamağa hazırıq”- deyə Barak Obamanın mətbuat katibi Coş Ernest bəyan edib.