Şiə "Ənsarullah” hərəkatının minlərlə üzvü Yəmənin paytaxtı Sənaya toplaşaraq şəhərin ələ keçirilməsinin ildönümünü qeyd edib. Bu barədə baki-xeber.com Anadolu agentliyinə istinadən xəbər verir. Hərəkatın lideri Abdulməlik əl-Husinin çağırışı ilə Sənanın Babul Yəmən məhəlləsinə toplaşan minlərlə hərəkatçı Səudiyyə Ərəbistanındakı "Əl-Əksa” məscidi ətrafında cərəyan edən hadisələri qınayan şüarlar səsləndiriblər.
Ölkənin böyük hissəsini nəzarəti altına alan husilər 21 sentyabr tarixini özlərinin bayram günü elan ediblər. Onlar, hətta bir çox müəssisələri bu "bayram” münasibətilə həmin tarixi qeyri iş günü elan etməyə vadar ediblər. Yəmənin baş naziri Xalid baxxax özünün tvitterdəki mikrobloqunda baş verənləri "səbəbsiz müharibə” adlandırıb.