B.Səfərovun sözlərinə görə, Ermənistan rəhbərliyinin siyasətdən kənar olan ermənilərin başına açdığı oyunu hamı görür.
Onun fikrincə, erməni müxalifətçinin məhz Azərbaycana sığınması Azərbaycan xalqının mentalitetinibir daha nümayiş etdirib: "Erməni pənah yerinin yalnız Azərbaycanda olduğunu gördü. Erməninin Azərbaycana əl açması bütün dünyaya, o cümlədən, Avropa Parlamentinin sonuncu qərəzli bəyanatına bir mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqını tanımamış, onun haqqında iftiralar söyləmək olmaz”.
İcma rəhbəri hesab edir ki, V.Martirosyanın açıqlaması Ermənistanda cinayətkar rejimin olduğunu bir daha açıq-aydın göstərir.