Onun sözlərinə görə, forumun məqsədi dünya müsəlman və qeyri-müsəlman ölkələri arasında iqtisadi cəhətdən beynəlxalq ticarət və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirməkdir.
"Dünya İslam İqtisadi Forumu digər forumlardan fərqli olaraq siyasi deyil, yalnız biznes, maliyyə, ticarət məsələlərinə həsr olunur. 11 il əvvəl yaradılan forum Cakarta, London, Kuala-Lumpur, Astana, Küveyt, Dubayda forumlar təşkil edib. Forum istər müsəlman, istərsə də qeyri-müsəlman ölkələri arasında iqtisadi baxımdan körpü rolunu oynayır.
Bu kimi forumların əsas müzakirə mövzusunu isə islam bankçılığı, ticarət, halal qida və halal turizm, kiçik və orta sahibkarlıq və bu kimi iqtisadi mövzular təşkil edib”, - deyə o qeyd edib.