"Ötən il Krımda qəfil peyda olan "yaşıl adamcığazları” xatırlayırsınızmı? Bu "adamcığazlar” yenidən peyda olub, amma bu dəfə Suriyada”. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu fikirlər "Financial Times” nəşrində işıq üzü görən məqalədə yer alıb. Məqalə isə belə adlanır:”Putinin "yaşıl adamcığazlarla yeni avantürası”.
Müəllif məqaləsində qeyd edir ki, əslində Suriya Rusiya siyasətinin yeni istiqamətini təşkil etmir, belə ki, o çoxdan Moskvanın Yaxın Şərqdəki müttəfiqidir, lakin qəfildən bu müttəfiqlik strateji əhəmiyyət daşımağa başlayıb. Qeyd olunur ki, Putin heç Moskvanın Suriyadakı rolunu genişləndirdiyini gizlətmir də. Rusiya xarici işlər naziri Sergey Lavrov isə etiraf edir ki, Rusiya əvvəlki kimi Suriyanı silah-sursatla təchiz edir.
Məqalə müəllifinin fikrincə, bütün baş verənlər dünyanın diqqətini Ukraynadan yayındırmaq üçün düşünülmüş tryuk da ola bilər. Beləliklə, Putin Qərbi sonrakı addımlarını proqnoz etmək üçün "fala baxmağa” vadar edir. Müəllif daha bir ehtimal kimi Putinin Əsədin sonunun çatdığını, o səbəbdən "postəsəd” dövrü üçün Moskvanın bölgədə hərbi mÖvcudluğunu təmin etməyə çalışdığını yazır.Bu sırada ən real variant olaraq isə nəşr Rusiyanın yaranmış vəziyyətdən istifadə edərək dünyaya əzələ ümayiş etdirmək və Yaxın Şrqdə nüfuzunu genişlədirmək niyyətini istisna etmir, lakin onu da qeyd edir ki, Kreml hələlik növbəti addımlarını dəqiqləşdirməyib.
Sonda Krım olaylarının da "yaşıl adamcığazların” bölgədə peyda olması ilə başlamasına diqqət çəkən müəllif, istənilən halda, Rusiyanın müdaxiləsilə Suriyada vəziyyətin düzəlməyəcəyinin birmənalı həqiqət olduğunu bildirir.