Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi səbəbilə həbs olunan jurnalist Murat Çapan Naxçıvandakı nurçuların imamı imiş. Bakı-xeber.com-un haqqın.az saytına istinadən xəbərinə görə, bu barədə Türkiyənin dövlət nəşrləri xəbər yayıb.
Jurnalistin həbsinə səbəb kimi onun təmsil etdiyi "Nokta” jurnalında prezident Ərdoğanın öldürülmüş kürd terrorçularının meyitləri fonunda selfi çəkdirən fotomontajının yer alması göstərilir. Nəşrin işıq üzü görməsinin ardından jurnalın redaksiyasında həbslər başlayıb və jurnalın həmin sayı köşklərdən yığışdırılıb.
Bizi maraqlandıran isə xəbərdə Naxçıvanda nurçuların olması ilə bağlı deyilənlərdir. Belə ki, xəbərdə sözügedən jurnalistin yaxın zamanlara qədər Naxçıvandakı nurçuları kurasiya etdiyi, nurçuların liseyləri bağlandıqdan sonra onun Azərbaycandan deportasiya edildiyi bildirilir.