10 dollarlıq banknotun yeni dizaynında Marqaret Tetçerin şəkli yer ala bilər. Baki-xeber.com-un lenta.ru-ya istinadla xəbərinə görə, belə bir təkiflə respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Ceb Buş çıxış edib. Ümumiyyətlə, 10 dollarlıq banknotun üzərində qadın şəklinin olması təklifi ortaya atılandan sonra bu istiqamətdə bir sira təkliflər səslənir. Buş deyib ki, xanım Tetçer prezident Ronald Reyqanın ən sadiq tərəfdarı olub. Arkanzas ştatının qubernatoru banknotun üzərinə öz arvadının şəklini həkk eləməyi təklif edib, neyrocərrah Ben Karson anasının, Donald Tramp qızı İvankanın şəklini üstün sayıb.
Senator Ron Polun namizədi daha maraqlıdır – 19-cu əsrdə yaşamış və quldarlığa qarşı mübarizə aparmış amerikan feministi Süzan Entoni. Digər senator Mark Rubio isə qaradərililərin hüquqları uğrunda hərəkatın əsasını qoyanlaran olan Roza Parksa üstünlük verib.
18 iyunda ABŞ maliyyə nazirliyi üüzərində qadin şəklinin yer alacağı yeni 10 dollarlıq banknotların anonsunu verib. Həmin banknotların 2020-ci ildə ABŞ konstitusiyasına qadınlara səsvermə hüququ vermiş 19-cu əlavənin 100 illiyi münasibətilə buraxılması nəzərdə tutulur.