Bağdadda terror aktı törədilib. Baki-xeber.com-un lenta.ru saytına istinadla xəbərinə görə, şəhərin mərkəzi rayonlarının birində - Bab-əl-Şərqi şiə məhəlləsində iki nəfər bombaçının özünü partlatması nəticəsində 8 nəfər həlak olub, 18 nəfər isə yaralanıb. Eyni vaxtda şəhərin digər şiə məhəlləsi Bab-əl-Muadəmdə də partlayış törədilib. Nəticədə 4 nəfər ölüb, 9 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hələlik hadisələrin məsuliyyıtini heç kəs öz üzərinə götürməyib, lakin terrorun həyata keçirilməsi üçün şiə məhəllələrinin seçilməsi onun təşkil olunmasına cavabdeh qismində şübhələri "İslam dövləti” terror təşkilatına yönəldir.