ABŞ hökuməti Yəmənə humanitar yardım məqsədilə daha 89 milyon dollar ayrılması barədə qərar qəbul edib. Bu barədə baki-xeber.com Gazeta.ru-ya istinadla xəbər verir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Heda Praysın bəyanatında deyilir ki, ölkə əhalisinin 80%-nin təxirəsalınmaz yardıma ehtiyacı var.
Bu məbləğin 32 milyon dolları regiona qida vasitələri göndərilməsinə sərf olunacaq. Bundan əlavə, ABŞ regiona içməli su, ilkin yardım ləvazimatları, çadırlar və tibbi ləvazimat göndərməyi düşünür.
Qeyd olunur ki, bununla 2015-ci ildə ABŞ-ın Yəmənə yardımı 170 milyon dollara çatacaq. Ötən il isə bu məbləğ 114 milyon təşkil etmişdi.