Sentyabrın 16-da Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz Əl Səud arasında telefon danışığı olub. APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, söhbət Səudiyyə Ərəbistanı tərəfinin təşəbbüsü ilə baş tutub.
"Tərəflər Fələstin-İsrail münaqişəsinin nizamlanmasını müzakirə edib. Söhbət zamanı Əl-Əqsa məscidi ərazisində fələstinlilər və İsrail təhlükəsizlik qüvvələri arasında baş vermiş kütləvi iğtişaşlara da toxunulub”, Kremlin mətbuat xidməti bildirib. Həmçinin tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafında qarşılıqlı səy göstərəcəklərini vurğulayıb.