"İslam dövləti” terrorçu qrupıaşmasının başçılarından biri Livanın şərqində - Bekaa vadisi rayonunda hərbçilər tərəfindən ələ keçirilib. Baki-xeber.com-un RİA ”Novosti”yə istinadən xəbərinə görə, bu barədə hərbi qaynaqlardan məlumat verilib. Xəbərə görə. Bu,, 45 yaşlı İbrahim əl-Ətraşdır. O, Arsal şəhərində Bekaa vadisinə raket zərbələri endirilməsi əməliyyatına, eyni zamanda avtomobillərin minalanması ilə terror aktlarının törədilməsi əməliyyatlarına başçılıq edib. Hərbi mənbələrin bildirdiyinə görə, İbrahim əl-Ətraş bir neçə ildir axtarışda olan "ən məşhur terrorçulardan biridir”.