"Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblər heç vaxt bağlanmayacaq”. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili deyib.
"Mən buna təminat verirəm. Bizdə demokratiya var və hər insan öz fikrini azad ifadə edə bilər. Lakin mən dövlət naziri kimi təminat verirəm ki, belə bir şey ola bilməz. Milli azlıqların dilində tədris sahəsində heç bir ixtisar yoxdur, əksinə bu sahə genişlənməli və hər bir vətəndaş öz dilinin varlığını hiss etməlidir. Sonra isə o, dövlət dilini və mədəniyyətini öyrənmək üçün özündə cəsarət hiss etməlidir", - deyə o vurğulayıb.