Tacikistan hüquq-mühafizə orqanları Müdafiə nazirinin eks müavini Abdulxalim Nazarzado və onun yaratdığı dəstəyə qarşı aparılan mübarizənin başa çatdığını açıqlayıb. Tacikistan Daxili İşlər Nazirliyinin bununla bağlı yaydığı bəyanatda, Pamit yarğanında keçirilən genişmiqyaslı əməliyyat nəticəsində dəstənin qalan 8 üzvlünün məhv edildiyi bildirilir. Lakin maraqlıdır ki, bəyanatda əsas simanın – üsyançı generalın özünün son taleyinə aydınliq gətirilmir.
Ümumiyyətlə isə,.bütün əməliyyat boyu generalın 30 nəfər dəstə üzvünün məhv edildiyi, 100 nəfərin isə göz altına alındığı bildirilir.
Son əməliyyatda həlak olanlara gəldikdə isə, onların kimliyi açıqlanmır. Beləliklə, üsyançı generalın da sonrakı taleyi qaranlıq qalır. Hər halda, Tacikistan DİN-in əməliiyyatın başa çatması ilə bağlı məlumat yayması dönük general Abdulxalim Nazarzodanın öldürüldüyü, yaxud diri ələ keçirildiyi barədə qənaətə gəlməyə əsas verir.
Qeyd edək ki, əməliyyat nəticəsində güc strukturları əməkdaşlarından həlak olanlar olub ki. bunlardan ən nəzərəçarpanı Milli Təhlükəsizlik Nazirliyi "Alfa” qrupunun komandiri Rustam Amakiyev olub.
Baki-xeber.com