Tacikistanda üsyançı generala qarşı əməliyyat davam edir. Yayılan son xəbərlərə görə, eks nazir müavini gizləndiyi Ramit yarğanını tərk edib. Onun Özbəkistanla sərhəd bölgəsində görüldüyü də gələn xəbərlər sırasındadır. Bu günə kimi üsyançı generalın 22 tərəfdarı məhv edilib, 110 nəfəri isə hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib. Lakin bu qarşıdurmada qarşı tərəf də itkisiz ötüşməyib. Bu döyüşlərdə həyatını itirənlər sırasında isə Tacikistan Milli Təhlükəsizlik Nazirliyi "Alfa” qrupunun komandiri Rüstəm Amakiyev də var.
Abdulxalim Nazarzodanın tapılaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.
Baki-xeber.com