Baki-xeber.com lenta.ru saytına istinadla xəbər verir ki, Avstraliya Hərbi hava Qüvvələri Suriyanın şərqində "İsam dövləti” terrorçu qruplaşmasının mövqelərinə havadan ilk zərbələrini endirib. Bu barədə ölkənin müdafiə naziri Kevin Endryüs açıqlama verib. "İki gün əvvəl Avstraliya qırıcısı "Hornet” İŞİD-in zirehli döyüş maşınını məhv dib”- deyə bildirən nazir qeyd edib ki, məhz bu zərbə də Avstraliyanın Suriyada anti-İŞİD əməliyyatının başlanğıcı olub.
İŞİD hazırda dünya təhlükəsizliyinə ən böyük hədə sayılır. 3 il ərzində bu terrorçu qruplaşma Suriya və İraq torpaqlarının əhəmiyyətli hissəsini ələ keçirə bilib. Bundan əlavə, qruplaşma Şimali Afrikada da öz nüfuz dairəsini genişləndirməyə çalışır. Ona qarşı isə cəbhə bir deyil: qruplaşmaya qarşı Suriya və İraqın hökümət qüvvələri ilə yanaşı ABŞ-ın başçılıqı ilə beynəlxalq koalisiya və Livan və İraq könüllü birləşmələri mübarizə aparır.