Suriya müxalifətinin nümayəndəsi Mahmud əl-Həmzə dünyanın gündəmində olan Rusiyanın ölkəsinə hərbi yardımı ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. O deyib ki, Əsəd devrilərsə, Rusiya Suriyada çox şey itirəcəyinin fərqindədir. Onun fikrincə, latakiyada hərbi baza tikmək planı da məhz bu qorxudan doğub.
Latviya radiosu "Baltkom”a müsahibəsində "Dəməşq Deklarasiyası” partiyasının üzvü Mahmud əl-Həmzə deyib ki, hazırda Bəşər Əsəd ölkə ərazisinin 18 faizdən də az hissəsinə nəzarət edir. Bu səbəbdən Rusiya bölgədə nüfuzunu saxlamaq üçün hökumət qüvvələrinə yardım əlini uzadır:”Fikrimcə, Rusiya artıq anlayır ki, Əsəd istənilən an devrilə bilər və bununla da o, Suriya ərazisində hər şeyini itirər. O üzdən, heç olmasa ələviləri qorumağa çalışır. Onlar Əsədi dəstəkləyir. Əsəd yenilərsə, onu latakiyada qəbul etmək olar. Çox güman bu üzdən orada hərbi baza yaradılır, rus hərbi texnikası və mütəxəssisləri ora göndərilir. Belə görünür ki, hər şey irəlidədir”- deyə o, radioya açıqlamasında bildirib.
Əl-Həmzə onu da deyib ki, Rusiyanın Əsədə dəstəyi ABŞ-ın müxalifətə dəstəyindən qat-qat üstündür:”Düzü, prezident Obamanın Suriya müxalifətinə dəstəyi çox zəifdir. Rusiya da məhz bu zəif düşmüş müxalifət üzündən burada mövqelərini gücləndirə bilib. Təəssüf ki, Azad Suriya Ordusu Əsədi devirə biləcək qədər güclü olan zaman ABÇ tank əleyhinə və hava raketlərinin verilməsini boykot etdi ".
Qeyd edək ki, Suriyada hərbi konflikt 2011-ci ildən davam edir və bu müddət ərzində, BMT-nin hesabatına görə, 220 minn insan həyatını itirib. ABŞ hökumətinin fikrincə, Rusiya dəniz piyadalarının 200 minə yaxını Latakiya yaxınlığındakı Suriya hərbi bazasında yerləşib. Son günlər isə Rusiyanın burada özünün hərbi bazasını yaratması ilə bağlı xəbərlər yayılır.
Baki-xeber.com