Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezident İlham Əliyev: "Azərbaycan tam əmindir ki, Cənub Qaz Dəhlizi layihəsi öz həllini tapacaq"

Image


"Azərbaycan tam əmindir ki, Cənub Qaz Dəhlizi layihəsi öz həllini tapacaq və beləliklə, Azərbaycandan Avropaya yeni qaz kəmərinin tikintisi təmin ediləcək". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zeman ilə Bakıda keçirdiyi mətbuat konfransında çıxışında deyib. Prezident İlham Əliyev bildirib: "Cənab Prezident, hörmətli qonaqlar, xanımlar və cənablar, sizi bir daha Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmişsiniz. Biz sizin səfərinizə böyük əhəmiyyət veririk və əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri bizim ölkələrimizi bir-birinə daha da yaxın edəcək".

Dövlət başçısı qeyd edib ki, əlaqələrimiz uğurla inkişaf edir, siyasi, iqtisadi, mədəniyyət sahələrində çox gözəl nəticələr var: "Biz siyasi sahədə uğurla əməkdaşlıq edirik. Beynəlxalq müstəvidə də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət göstəririk, əməkdaşlıq edirik. Bu gün biz sizinlə əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimi şəkildə müzakirə etdik və bir daha görürük ki, ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün heç bir maneə yoxdur. Əksinə, bizim aramızda tərəfdaşlıq və dostluq əlaqələri yaranıb. Bu gün imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə bu sözlərimin əyani sübutudur".

İlham Əliyev bildirib ki, bu, çox ciddi siyasi sənəddir: "İkitərəfli əlaqələrimizin səviyyəsini, mahiyyətini əks etdirir və doğrudan da bizim əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. Mən sizə məlumat verdim ki, bizim Avropa İttifaqına üzv ölkələrlə 7 buna bənzər müqavilə, anlaşma, bəyannaməmiz var. Artıq Azərbaycan Aİ-yə üzv ölkələrin 8-i ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu bəyannamədə əlaqələrimizin müxtəlif aspektləri öz əksini tapır. Eyni zamanda bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və münaqişənin həlli yolları göstərilir. Bu mövqeyə görə, bu dəstəyə görə sizə minnətdaram".

Prezidentin sözlərinə görə, bəyannamədə göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı, ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında öz həllini tapmalıdır: "Bu, yeganə mümkün həll variantıdır. Bütün münaqişələr beynəlxalq hüquq norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə erməni işğalı altındadır. Bu bölgələrdə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Bu siyasət nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır və Ermənistan bu işğalçı siyasətini davam etdirir, beynəlxalq vasitəçilərin çağırışlarına məhəl qoymur. Bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya, Fransa və ABŞ ən yüksək səviyyədə bəyan ediblər ki, bu münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi təbii ki, işğala son qoyulması deməkdir. Biz bunu istəyirik. Beynəlxalq birlik də bunu istəyir. Əminəm ki, biz istədiyimizə nail olacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və beləliklə, beynəlxalq hüquq və ədalət zəfər çalacaq".

İlham Əliyev əlavə edib ki, bəyannamədə digər sahələr də öz əksini tapır: "Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşımız var. Deyə bilərəm ki, bu gün həm nümayəndə heyətləri səviyyəsində, həm də ikitərəfli formatda daha çox iqtisadi əməkdaşlığı müzakirə etmişik. Burada gözəl potensial var. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır, eyni zamanda Çexiya bankları tərəfindən Azərbaycanda müvafiq layihələrin icrasına böyük miqdarda vəsait ayrılır. Buna görə də minnətdarıq, çünki bu vəsait imkan verir ki, Azərbaycanda müxtəlif infrastruktur layihələri icra edilsin, ilk növbədə, nəqliyyat sektorunda. Bu barədə də biz geniş fikir mübadiləsi apardıq. Əlbəttə ki, biz əldə edilmiş nəticələri yüksək qiymətləndiririk. Biz, eyni zamanda gələcəyə baxmalıyıq".

Dövlət başçısı bildirib ki, sabah keçiriləcək Çexiya-Azərbaycan biznes-forumu ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşməsi üçün mühüm hadisə olacaq: "Qarşılıqlı investisiyaların qoyuluşu məsələləri əhəmiyyət kəsb edir. Həm Çex Respublikası, həm də Azərbaycan xarici sərmayə üçün çox məqbul ölkələrdir. Xarici sərmayələr yüksək səviyyədə qorunur. Çalışmalıyıq ki, bizim iş adamlarımız da bir-birini daha yaxından tanısınlar və əməkdaşlıq dərinləşsin. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclası da keçirilmişdir. Bu da çox önəmli formatdır. Beləliklə, əminəm ki, iqtisadi sahədə gələcək illərdə daha da uğurlu nəticələr olacaqdır. Baxmayaraq ki, bu gün artıq deyə bilərəm ki, ticarət dövriyyəsinin səviyyəsi bizi müəyyən dərəcədə qane edə bilər. Əlbəttə ki, energetika sektorunda əməkdaşlıq da danışıqlar mövzusudur. Azərbaycan Çexiyaya xam neft ixrac edir və Çexiyanın enerji balansında Azərbaycan nefti müəyyən bir hissəni, haradasa 30 faizi təşkil edir. Bu da çox önəmli hadisədir".

Prezident qeyd edib ki, Azərbaycan hazırda Cənub Qaz Dəhlizinin icrası ilə məşğuldur: "Bu, nəhəng enerji layihəsidir. Bu layihənin ümumi dəyəri 45 milyard dollara bərabərdir. Burada "Şahdəniz-2" qaz yatağının ikinci fazasının işlənməsi məsələsi öz həllini tapacaq, eyni zamanda 3 yeni qaz kəməri çəkiləcək: Cənubi Qafqaz Qaz Kəməri - Azərbaycanı Gürcüstanla birləşdirən, TANAP - Türkiyə üzərindən keçən və TAP - Türkiyə sərhədindən İtaliya sərhədlərinədək uzanan 3-cü qaz layihəsi. "Şahdəniz-2" qaz yatağının işlənməsi ilə birlikdə bu 4 nəhəng layihə Cənub Qaz Dəhlizini formalaşdırır. Burada Azərbaycan öz liderlik funksiyalarını uğurla yerinə yetirir. Azərbaycan bütün bu layihələrdə investor kimi, bəzi layihələrdə isə əsas investor kimi iştirak edir. Dünyada neftin qiyməti son aylar kəskin şəkildə aşağı düşsə də, bu layihənin icrasında heç bir yubanma yoxdur, bütün işlər vaxtlı-vaxtında görülür. Azərbaycan tam əmindir ki, beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə öz həllini tapacaq və beləliklə, Azərbaycandan Avropaya yeni qaz kəmərinin tikintisi təmin ediləcək".

İlham Əliyev deyib ki, digər sahələrdə də əməkdaşlıq üçün yaxşı perspektivlər var: "Mən, xüsusilə humanitar sahəni qeyd etmək istəyirəm. Çexiya mədəniyyətinə, tarixinə Azərbaycanda çox böyük maraq var. Cənab Prezident, əminəm ki, siz və sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə heyətinin üzvləri bu sahə ilə də tanış olacaqsınız. Bir daha sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmişsiniz. Əminəm ki, səfəriniz çox uğurlu olacaq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ