Egey dənizində suriyalı qaçqınları yunanıstanın Koç adasına daşıyan təknə aşıb. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadla bildirir. İnsident Türkiyənin muğla vilayətinin Datça şəhəri sahillərində baş verib. Nəticədə, 4-ü uşaq olmaqla azı 12 nəfər həyatını itirib. Hələlik 205 nəfəri xilas etmək mümkün olub. Xilasetmə işləri davam edir.
Qeyd edək ki, bu ilin əvvəlindən Avropa İttifaqı ölkələrinə 500 min miqrant axın edib. Bu, İkinci Dünya müharibəsindən sonra ən irimiqyaslı miqrasiya prosesi sayılır.