Tarif (qiymət) Şurasının bu gün – sentyabrın 14-də keçirilmiş iclasında "Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.
Tarif Şurasından APA-ya verilən məlumata görə, Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla, 20-70 qəpik arasında təsdiq edilib.
Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.