Tacikistanın eks nazir müavini Abdulxalim Nazazodanın başçılıq etdiyi qruplaşma ilə bağlı Ramit yarğanı ətrafında aparılan xüsusi əməliyyat nəticəsində dəstənin daha 3 aktiv doyüşçüsü ələ keçib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir. "DİN və Təhlükəsizlik orqanı əməkdaşlarının Nazarzoda qruplaşması ətrafında keçirdiyi birgə əməliyyat nəticəsində dəstənin daha 3 üzvü ələ keçirilib, onlardan 1 AKM avtomatı, 1 tapança və digər döyüş sursatı götürülüb”,- deyə yayılan rəsmi xəbərdə bildirilir. Respublika güc strukturlarının "göstərdikləri köməyə görə” yerli sakinlərə təşəkkürünün də yer aldığı xəbərdə, eyni zamanda, silahını könüllü təslim edənlərin məsuliyyətə cəlb olunmayacağı bildirilir. DİN-dən verilən məlumata görə, 10 gündür davam edən əməliyyat nəticəsində üsyançı generalın 130 tərəfdarı tutulub.
Abdulxalim Nazarzoda və onu ən yaxın adamı, Müdafiə nazirliyinin polkovniki Cunaydullo Umarov barəsində Tacikistan cinayət məcəlləsinin 4 maddəsi – təxribat, terror, dövlətə xəyanət və ekstremist birləşmə yaratma maddələrilə cinayət işi açılıb. Əməliyyat davam edir.