Fransann eks prezidenti, Respublika partiyasının rəhbəri Nikolya Sarkozi həftə sonu gənc respublikaçıların "Milli kampus”unun açılışını edərkən bir sıra maraqlı təkliflərlə çıxış edib. Baki-xeber.com-un Rossiyskaya qazetaya istinadla xəbərinə görə, Sarkozi deyib ki, İŞİD-ə qarşı mübarizədə effektiv nəticənin əldə olunması üçün mütləq yerüstü hərbi əməliyyatlara başlanmalıdır. Bundan əlavə, o, hakimiyyətdən Yaxın və Orta Şərqdən Avropaya üz tutan məcburi köçkünlər üçün "müharibə qaçqını” xüsusi statusunun tətbiqini tələb edib. Onun sözlərinə görə, bu status müharibə bitdikdən sonra onları ölkələrinə dönməyə vadar edəcək.