Misirin təhlükəsizlik qüvvələri yanlışlıq üzündən Meksikadan olan turistləri güllələyib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadla xəbər verir. Eyni zamanda 10 nəfər güllə yarası alıb. İnsident polis və ordu terrorçuları izləyərkən səhralığın şərq hissəsində - Əl-Vahatda baş verib.
"Qadağan olunmuş zonada 4 cip gönünüb və onlara atəş açılıb. Sonradan bəlli olub ki, bu, Meksikadan olan turist karvanıdır. Nəticədə 12 nəfər ölüb, 10 nəfər yaralı isə xəstəxanaya çatdırılıb”- deyə xəbərdə bildirilir. Hüquq-mühafizə orqanları faciənin istintaqına başlayıb.