Avstriyanın paytaxtı Vyana şəhərində bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) 59-cu konfransı öz işinə başlayır. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bir həftəlik konfransda 160 ölkənin nümayəndələri iştirak edəcək. Azərbaycanı tədbirdə AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, professor Oqtay Səmədov təmsil edir.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik BMT-nin ixtisaslaşdırılmış agentliyi olaraq 1957-ci ildə yaradılıb. Agentlik nüvə texnologiyalarının, atom enerjisinin dinc məqsədlərlə istifadəsi istiqamətində beynəlxalq əıməkdaşlığın genuişləndiirlməsinə xidmət edir.