Göygöl rayonunda bir neçə nəfərin iştirakı ilə dava baş verib. "Trend” Kəpəz TV-yə istinadən məlumat verir ki, mübahisə zamanı şəxsiyəti hələlik məlum olmayan iki nəfər bədənin müxtəlif nahiyələrindən bıçaq zərbələri alıb. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə yaralılardan biri ürək digəri isə bel nahiyəsindən xəsarət alıb. Hər iki şəxs əməliyyat a götürülüb. Polis hadisənin təfərrüatlarını araşdırır.