Cümə axşamı günü, 05 noyabr 2026
     

PA rəsmisi Avroparlamentin qərəzli qətnaməsinə tam qərəzsiz və tutarlı şərh verdi

Image


"Ötən gün Avropa Parlamenti Azərbaycanla bağlı növbəti qətnaməni "partlatdı”. Ardıcıl olaraq bu növ sənədlər ştamplayan təşkilatın əvvəlki fəaliyyətinin analizi belə bir qətnaməni gözləməyə əsas verirdi. Avropa Parlamentinin bizim ölkəyə olan "marağı” hər dəfə vacib beynəlxalq və ya ölkədaxili siyasi hadisələr ərəfəsində pik həddinə çatır. Bu, "Eurovision” və tarixdə ilk Avropa Oyunları ərəfəsində olub, indi də parlament seçkiləri ərəfəsində baş verir”. Baki-xeber.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ilə əlaqədar AZƏRTAC-a açıqlamasında deyib.

Fuad Ələsgərov bildirib ki, Avropa Parlamenti Qərbin bəzi dairələrinin müstəqil, ağıllı siyasət yürütmək istəyən ölkələrə qarşı hərtərəfli təzyiq mexanizminin yalnız bir hissəsidir. Bu fakt çoxdandır ki, heç kimdə şübhə yaratmır və ona görə də ötəngünkü kağız parçasına məhz bu perspektivdən yanaşmaq lazımdır.

Şöbə müdiri deyib: "Xarakterikdir ki, Azərbaycanla bağlı bütün qətnamələr eyni qrup şəxs tərəfindən hazırlanır. Ulrike Lunaçek, Mariya Şaake, Kati Piri, Anna Qomeş kimi deputatlar hər dəfə bu qətnamələrin "müzakirə”sində iştirak edirlər. Yeri gəlmişkən, həmin müzakirələr ən yaxşı halda cəmi 20 dəqiqə davam edir. Bu deputatlar Avropa Parlamentinin divarları daxilində anti-Azərbaycan strategiyasının bələdçiləri və icraçılarıdırlar. Təəccüblü deyil ki, bu cür "qiymətli” kadrlar rahat şəkildə təşkilatın yeni heyətinə daxil olublar. Belə deputatların xidmətlərinə bu gün də çirkli oyunların təşkil edilməsi üçün olduqca böyük tələbat vardır. Qətnamənin özü köhnə reseptlər (üstüörtülü fikirlər, faktların təhrif olunması və açıq yalan) əsasında hazırlanıb. Belə ki, qətnamə müəllifləri utanmadan jurnalist Rasim Əliyevin ölümünə siyasi çalar qatırlar. Bu, ikrah doğuran bir cinayətdır, lakin bizim ölkədə hamıya məlumdur ki, cinayət məişət zəminində törədilib. Bu arada qətnamə müəllifləri "unudurlar” ki, bu cinayəti törətməkdə şübhəli bilinən şəxslər həbs olunublar və hazırda bu iş üzrə hərtərəfli istintaq aparılır.

Qətnamə müəllifləri, həmçinin hökumətin Avropa İttifaqının Azərbaycanda rahat şəkildə qrant paylamasına mane olmasından da şikayətlənirlər. Lakin əslində bütün vətəndaş cəmiyyətinin dəstəklənməsi üçün ayrılan bu qrantların illər boyunca yalnız çox məhdud çevrədən olan "etibar edilən şəxslər” tərəfindən alınması faktı onları qətiyyən maraqlandırmır. Bu korrupsiya mexanizmi vasitəsilə on milyonlarla avro dövriyyə edib ki, onların da əksəriyyəti sonradan harasa yoxa çıxırdı. Qrant alan "seçilmiş” adamlar qanunvericiliyin tələblərinə məhəl qoymurdular və onların fəaliyyətində xeyli sayda qanun pozuntularının aşkarlanması, həmçinin şəffaflığın olmaması hüquq mühafizə orqanlarında əsaslandırılmış iddiaların yaranmasına səbəb olub. Təbii ki, məsələnin bu tərəfi də qətnamədə əksini tapmayıb. Bunun əvəzində qətnamədə Leyla Yunusun "vəziyyətinin pisləşməsi” və "siyasi partiyaların məhkum edilmiş rəhbərləri” yer alıb. Hərçənd, sənəddə adı çəkilən avropalı həkimlər vurğulayırlar ki, Leyla Yunusun vəziyyəti sabitdir. Mifik məhkum olunmuş siyasi partiya rəhbərlərinin adlarını çəkməyi isə qətnamə layihəsinin müəllifləri yenə də unudublar. Qətnamənin bəzi bəndləri isə ermənipərəst mövqenin açıq nümayişinin və ikiüzlülüyün zirvəsidir – həmin bəndlərdə Avropa Parlamenti Azərbaycandan İnsan Haqları üzrə Avropa Məhkəməsinin bütün qərarlarının, o cümlədən 2015-ci il 16 iyun tarixli qərarının icrasını tələb edir, həmçinin təəssüfləndiyini bildirir ki, Azərbaycan hökuməti "Ermənistanla Azərbaycan arasında düşmənçiliyin aradan qaldırılması baxımından son dərəcə vacib olan, iki ölkənin vətəndaş cəmiyyətinin qrupları, ziyalılar və gənc fəallar arasında təmaslara maneçilik törədir”.

Qətnamə müəllifləri qəsdən Avropa Məhkəməsinin 2015-ci il 16 iyun tarixli qətnaməsinin "Sarkisyan Azərbaycana qarşı” işi üzrə qərar olduğunu göstərməyiblər! Bizim ölkəmizdən Ermənistan vətəndaşının lehinə qəbul edilən qərarın yerinə yetirilməsini tələb edirlər. Lakin heç kim Ermənistandan Avropa Məhkəməsinin elə həmin gün – iyunun 16-da Çıraqov və bizim digər vətəndaşlarımızla bağlı verdiyi qərarı yerinə yetirməyi tələb etmir. Avropa Parlamentinin deputatlarını heç bu da hiddətləndirmir ki, qərarlarına böyük əhəmiyyət verdikləri Avropa Məhkəməsi ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin, həmçinin qətlə yetirilən Həsən Həsənovun qohumları adından bu ilin yanvar ayından verilmiş şikayətləri icraatına qəbul etmir. Vəziyyət o yerə gəlib çatıb ki, erməni əsilli italyan deputat Laura Acea öz çıxışında nəinki Azərbaycanı "demokratiyanın bütün formaları ilə mübarizə aparmaqda”, hətta "qonşu Ermənistan və Dağlıq Qarabağı daim atəşə tutmaqda” ittiham etdi. Belə iyrənc manipulyasiyalar nəticəsində 20 ildən çox müddətdə təcavüzdən əziyyət çəkən Azərbaycanın özü təcavüzkar kimi göstərilir, atdığı addımlar nəticəsində bir milyon insanın qaçqın və köçkünə çevrilməsinə səbəb olan Ermənistan isə günahsız qurban kimi qələmə verilir. Erməni lobbisi Laura Acea və qətnamənin digər təşəbbüskarlarının vasitəsilə Avropa ictimaiyyətinin şüurunda Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin əsassızlığı haqqında fikri gücləndirməyə çalışır. Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən düşmənçiliyin aradan qaldırılması tezisini ortaya atan bu insanlar Ermənistanın Dağlıq Qarabağ və Azərbaycana məxsus digər rayonların işğalının nəticələrini də təsdiq etməyə çalışırlar. Bizim isə hər bir dövlətin hüququ olan işğal edilmiş torpaqlarını güc yolu ilə azad etmək üçün ədalətli hüququmuzu tanımaq istəmirlər. Bax, ermənipərəst qüvvələrin və milli maraqlara xəyanət edən şəxslərin birgə məqsədləri bu qədər uzağa gedir! Hərçənd, bu cür çirkli metodlar heç kimi təəcübləndirmir. Demokratiya və insan hüquqlarını öz mövqeyinin yeridilməsi alətinə çevirən bu cür münasibət Avropada humanitar böhrana səbəb oldu. Məhz "humanitar bombalamalar”, xaos, dağıntılar, kütləvi qətllər yolu ilə demokratiyanı yaymaq istəyi yüz minlərlə qaçqını dağıdılmış evlərini tərk etməyə və insan hüquqları müdafiəçilərinin onlara qarşı əsl soyqırımı təşkil etdiyi "demokratiya beşiyi”ndə sığınacaqlar axtarmağa vadar edib. Bu arada, insan haqlarının pozulması arqumenti belə yalançı demokratların əllərində seçmə üsulu ilə işlədilən bir silaha çevrilir. Çətin ki, biz Avropa Parlamentinin sessiyasında nə vaxtsa ABŞ-da polis özbaşınalığının və irqçiliyin qınanması və ya amerikalı jurnalistlər Elison Parker və Adam Uordun "siyasi motivli” qətlləri ilə əlaqədar sanksiyaların tətbiq olunmasına dair çağırışları eşidək.

Qətnamə müəlliflərinin verdiyi mesaj aşkar olduğu qədər də absurddur – enerji sektorunda Azərbaycanla əməkdaşlıq qarşılıqlı şəkildə sərfəlidir, lakin onun məmurlarına qarşı sanksiya tətbiq etmək lazımdır, Avropa xarici siyasi xidməti insan haqları sahəsi üzrə Azərbaycanla dialoqu inkişaf etdirməli, lakin qarşıdan gələn parlament seçkilərində müşahidə aparılması ilə bağlı hər hansı bir fəaliyyətdən çəkinməlidir. Qeyd etmək lazımdır ki, Avropa Parlamentində Aİ və Azərbaycan arasında müəyyən siyasi dairələrin təsirlərindən, ikili standartlardan azad olan əsl dialoqun aparılmasının lehinə səs verən sağlam düşüncəli deputatlar da çıxış ediblər. 200-dən çox deputat qətnamənin əleyhinə səs verib, 70-dən çoxu isə məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. Təəssüflər olsun ki, bu səslərin sayı Avropa Parlamentində siyasi praqmatizm və konstruktiv yanaşmanın üstün gəlməsinə kifayət etmədi.

Qətnamə müəllifləri sonda ən yaxın zamanda insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərlə bağlı dialoqun həyata keçirilməsi üçün Azərbaycana parlament nümayəndə heyətinin göndərilməsinin vacibliyini arsız şəkildə xatırladıblar. Ötən günkü siyasi idiotizmin, habelə qərəzli anti-Azərbaycan və ermənipərəst mövqeyin aşkar nümayişi nəzərə alınsa, nəinki Avropa Parlamentinin nümayəndə heyətini Dağlıq Qarabağ probleminin həlli prosesinə yaxın buraxmaq olmaz, hətta ölkəmizin Şərq Tərəfdaşlığı və Avronest Parlament Assambleyasında iştirakının məqsədəuyğunluğu haqqında məsələni müzakirəyə çıxarmaq lazımdır.

Göstərilən hər hansı bir təzyiqə baxmayaraq bizim ölkəmiz Azərbaycan xalqının hərtərəfli inkişafı və müdafiəsinə istiqamətlənən müstəqil xarici və daxili siyasət yürüdür və bundan sonra da yürüdəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - DİN

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ