Farmakonisi adası yaxınlığında təknənin aşması nəticəsində 34 miqrant həyatını itirib. Bu barədə baki-xeber.com kommersant.ru-ya istinadla xəbər verir. Ölənlərin 11 nəfəri uşaqlardır. Ümumilikdə təknədəki miqrantların sayı yüzə yaxın olub. Xilasedicilər 68 nəfəri xilas edib, 29 nəfər isə özü üzərək sahilə çıxa bilib.
Buna qədər İtaliyanın sahil mühafizə xidməti 3 minə yaxın miqrant xilas edib.