Möcüzəvi "Xəzər adaları” layihəsinin tikintisi davam edəcək. Bunu deməyə layihənin müəllifi, "Avesta" Konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin bu günlərdə 3 milyardlıq müqavilə imzaladığna dair açıqlama ilə çıxış etməsidir. İş adamının sözlərinə görə, Azərbaycanda səfərdə olan Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla ilkin olaraq 3 milyard dollarlıq investisiya müqaviləsi imzalayıb. Hacı İbrahim bildirib ki, Çinin adıçəkilən şirkəti "Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar vəsait yatıracaq, sonrakı illərdə isə digər adalara da mərhələ-mərhələ investisiya yatırımları ediləcək.
Xatırladaq ki, bu ilin may ayında Azərbaycan Beynəlxalq Banki ilə kreditorlar arasında yaşanan anlaşılmazlıq Hacı İbrahim Nehrəmlinin müəllifi olduğu layihənin gələcəyilə bağlı bir sira şayiələrin yaranmasına rəvac vermişdi. Hətta bu layihənin tarixin arxivinə gömüldüyü barədə məlumatlar dolaşırdı. İş adamının bu günlərdə Çinin iri şirkətlərindən biri ilə 3 milyardlıq investisiya müqaviləsi imzalaması isə deyilənlərin əksini sübut edir və bu layihənin perspektivi ilə bağlı gözləntilərin özünü doğruldacağından xəbər verir.
Baki-xeber.com