Misir ordusu Sinay adasında İŞİD-ə qarşı keçirdiyi əməliyayt nəticəsində 64 terrorçu məhv edib, 22 nəfərini isə girov götürüb. Baki-xeber.com lenta.ru-ya istinadla xəbər verir ki, əməliyyat zamanı 2 hərbçi ölüb, bir nəfər isə xəsarət alıb. Eyni zamanda hərbçılər 42 partlayıcını zərərsizləşdirə bilib.
Sinay yarımadasında artıq altıncı gündür ki, "İslam dövləti” terrorçu qruplaşmasına sədaqət andı içmiş "Beyt-əl-Maqdis” qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirilir.
2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsi və "Müsəlman qardaşları” hərəkatının hakimiyyətdən uzaqlaşdırılması ölkədə zorakılığın artması ilə müşayiət olundu. Buradakı ekstremist qrup vaxtaşırı Sinay yarımadasının şimalında polis və hərbçılərə hücum edir. Bu müddət ərzində ekstremistlər yüzlərlə hərbçi və polisin ölümünə bais olub.