Berlində "Normand dördlüyü” ölkələri XİN başçıları görüşüb. Baki-xeber.com TASS agentliyinə istinadən xəbər verir ki, görüş Ukraynada vəziyyətin nizama salınmasına həsr olunub.
Görüş öncəsi Rusiya xarici işlər naziri Sergey lavrov və Fransa xarici işlər naziri Loran Fabius arasında ikitərəfli görüş keçirilib. Buna qədər isə Rusiya XİN başçısı Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüş keçirib.
Görüş sonrası xatirə şəkli çəkdirilərkən isə RF XİN başçısı zarafatından da qalmayıb. O, jurnalistlərdən XİN başçılarının necə göründüyünü soruşub və jurnalistlərdən "yaxşı” cavabını alıb.