"Azərbaycan Dərbəndin 2000 illik yubiley tədbirlərinə öz töhfəsini verəcək". Bu barədə baki-xeber.com "RİA Novosti"yə istinadən xəbər verir. Agentliyə müsahibəsində Dağıstan baş nazirinin birinci müavini Anatoli Karibov qeyd edib ki, Azərbaycan tərəfi Dağıstanda bir neçə obyektin bərpasına xeyli vəsait xərcləyib və xərcləməkdə davam edir. "İlk növbədə bu obyektlər Heydər Əliyev küçəsi, daha sonra Nizami Gəncəvi parkı, eləcə də Əliyev küçəsindəki internat- məktəbdir. Hazırda Dərbənddə Azərbaycan teatrının bərpası və ya tikintisi ilə bağlı məsələ həll olunur. Ehtimal ki, teatrın binası 2018-ci ilə qədər tikiləcək".
Hökumət yetkilisi onu da qeyd edib ki, Dərbəndin 2000 illik yubiley tədbirlərində, Azərbaycanın rəsmi şəxsləri də daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların iştirakı gözlənir.