AbŞ-ın eks vitse-prezidenti Dik Çeyni CNN telekanalına müsahibəsində "İslam dövləti” terrorçu təşkilatının irimiqyaslı terror aktı hazırlamasını istisna etməyib. Bu barədə baki-xeber.com "Gazeta.ru”ya istinadən bildirir. "Düşünürəm ki, biz bir daha 11 sentyabr tipli terror aktı ilə üzləşə bilərik”- deyən Çeyni bu dəfə daha ağır kimyəvi və ya bioloji silahın tətbiqini istisna etməyib. Onun sözlərinə görə, İŞİD hansısa Amerika vətəndaşını ölkəsində terakt törətməyə təhrik edə biləcək hər cür imkana sahib olduğundan, belə bir hadisənin baş verə biləcəyi gözardı edilməməlidir.