Türkiyədə polis 4 azyaşlı uşağı ilə birlikdə İŞİD terror qruplaşmasına qoşulmağa cəhd edən Böyük Britaniya vətəndaşı qadın saxlanıb. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail” məlumat yayıb. Məlumata görə, Londonun 33 yaşlı sakini Zahirə Tarık 4-12 yaşlarında olan dörd övladı ilə birlikdə avqustun 25-də "London-Siti” hava limanından yola düşüb. Polis qadının planlarından məlumatsız olan qohumlarının müraciətindən sonra məsələni nəzarətə götürüb.
Hazırda Zahirə Tarik həbs olunub, onun övladları üçün isə heç bir təhlükə yoxdur.